AFFA-nın yeni mətbuat katibi müəyyənləşdibackend

AFFA-nın yeni mətbuat katibi müəyyənləşib.

“Yeni Gundem”in məlumatına görə, “CBC Sport”un şərhçisi Elnur Məmmədli bu vəzifəyə təyin olunub. 

Bununla bağlı rəsmi məlumatın bu gün açıqlanacağı gözlənilir.

Qeyd edək ki, AFFA-nın mətbuat katibi Firuz Abdulla “Səbail” klubunun icraçı direktoru təyin olunduqdan sonra postu boş qalmışdı.