Afrika ölkəsində az 200 nəfər qaçırıldıbackend

Birləşmiş Millətlər Təşkilatının Nigeriya ofisi, zorakılıqdan qaçaraq düşərgəyə sığınan ən azı 200 nəfərin Çad sərhədi yaxınlığında, Borno əyalətinin Qamboru Nqala qəsəbəsində odun yığarkən pusquya düşərək qaçırıldığını açıqladı.

Qərbi Afrika ölkəsi Nigeriyada kütləvi adam oğurluğu və zorakılıq halları davam edir. Birləşmiş Millətlər Təşkilatından (BMT) edilən açıqlamada Nigeriyada Çad sərhədi yaxınlığında aralarında qadın və uşaqların da olduğu ən az 200 adamın qaçırıldığı bildirilib. Açıqlamada qaçırılan nigeriyalıların əksəriyyətinin qadın və uşaqlar olduğu bildirilib və qaçırılanların qeyd-şərtsiz azad edilməsinə çağırış edilib.

BMT-nin Nigeriya Humanitar Yardım Koordinatoru Muhamed Fall verdiyi açıqlamada 10 yaşından kiçik yaşlı qadın və uşaqların dəqiqləşdirilməmiş sayda sərbəst buraxıldığını, qaçırılan şəxslərin şəxsiyyətlərinin hələ müəyyən edilmədiyini bildirib. Fall, səlahiyyətliləri düşərgələrdə yaşayan köçkün nigeriyalılara təhlükələri azaltmaq üçün daha çox yardım göstərməyə çağırdı.

Nigeriyada fəaliyyət göstərən Boko Haram terror təşkilatı adam oğurluğuna görə məsuliyyət daşıyır. Boko Haram 2014-cü ildə ən böyük kütləvi adam oğurluğunu həyata keçirib. 270-dən çox qız tələbə Borno əyalətinin Çibok şəhərindəki yataqxanalarından qaçırıldı və 2017-ci ildə tələbələrin təxminən yarısı sərbəst buraxıldı. Nigeriyanın şimalında 2009-cu ildən bəri baş verən zorakılıqlarda 40 mindən çox insan həyatını itirib, 2 milyon insan isə didərgin düşüb.

Mənbə: TGRT

Aynur Camal