Ağ Ev İsrailə hərbi yardım üçün “şərtlər” qoymurbackend

Demokrat senatoru Chris Van Hollen bildirib ki, Ağ Ev “açıq şəkildə bəyan edib ki, İsrailə hərbi yardımı heç bir şərtlə bağlamır”.

Bu barədə Van Hollen ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivanın demokrat senatorlarla bağlı qapılar arxasında keçirdiyi görüşlə bağlı AP-yə açıqlamasında deyib.

Sullivanla görüşdə İsrailə verilən silahların ABŞ qanunlarına uyğun olaraq necə istifadə ediləcəyini müzakirə etdiklərini bildirən Van Hollen, Sullivanın görüş zamanı “Ağ Evin yardımla bağlı hər hansı şərtə əməl olunmasını istəmədiyini” qeyd edib.

Van Hollen, bölgədə çox sayda mülki itki ilə bağlı narahatlıqların ABŞ prezidenti Co Baydenə çatdırıldığını və Baydenin İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşlərində bu narahatlıqları dilə gətirdiyini bildirib.

Keçən həftə Bayden, İsrailə hərbi yardımın şərti edilməsinin “dəyərli bir fikir” olduğunu, lakin “əgər bunu əvvəllər etsəydi, HƏMAS-ın saxladığı məhbusların azad edilməsini təmin etmək daha çətin olardı” deyə vurğulamışdı.

Mənbə: TrtHaber

Aynur Camal