Ağ Evdən İsrailə xəbərdarlıq: Biz hərbi əməliyyat istəmirikbackend

Ağ Ev Rəfahda mülki əhalinin müdafiəsi planını görmədən “hərbi əməliyyat” istəmədiklərini bildirib. İsrailin Qəzza zolağında “vəhşi” hücumları davam edərkən, mülki həssaslığa məhəl qoymaması reaksiyalara səbəb olur. Ağ Evin milli təhlükəsizlik müşaviri Jake Sullivan, İsrail rəsmiləri ilə görüşlərində Rəfahda mülki insanları qorumaq planı görmədən “hərbi əməliyyat” istəmədiklərini açıq şəkildə ifadə etdiklərini bildirib.

1 MİLYON İNSAN HƏDƏFDİR

Sullivan NBC və CNN-ə müsahibələr verib. ABŞ prezidenti Co Baydenə Rəfahda mülki əhalinin müdafiəsi planının təqdim edilmədiyini qeyd edən Sullivan, “Qəzzənin o biri tərəfində aparılan əməliyyatlar səbəbilə kiçik bir əraziyə sıxışdırılmış 1 milyon insandan bəhs edirik. Eyni zamanda, bütün humanitar yardım sistemi buradadır”deyib.

Sullivan bildirib ki, İsrail rəsmiləri ilə keçirdikləri bütün görüşlərdə mülki vətəndaşların müdafiəsi, təhlükəsizlik, qida, geyim və sığınacaq təmin etmək planı olmadan Rafahda əlavə “hərbi əməliyyat” keçirmək istəmədiklərini açıq şəkildə ifadə ediblər.

Baydenin planı görənə qədər İsrailə silah satışını dayandırması ehtimalının olub-olmadığını soruşduqda, Sullivan fərziyyələr irəli sürmək istəmədiyini, fikirlərini İsrailə açıq şəkildə çatdırdıqlarını və Təl-Əvivin geri dönməsini gözlədiklərini söyləyib.

Sallivan Parisdə ABŞ, İsrail, Misir və Qətər arasında aparılan danışıqların təfərrüatlarına varmayacağını, lakin əsir mübadiləsinin və hərbi əməliyyatların dayandırılmasının necə həyata keçiriləcəyi ilə bağlı “ümumi anlaşma”nın əldə edildiyini bildirib.

Misir və HƏMAS rəsmilərinin Qətərdə əlavə görüşlər keçirəcəklərini ifadə edən Sullivan, məsələ ilə bağlı yekun razılığa gəlmək üçün səylərin davam etdiyini ifadə edərək, “Gözləyib görəcəyik” deyib.

Mənbə: TGRT

Aynur Camal