Vaşinqtonda Ağ Evin yaxınlığında çəpərə çırpılan yük maşınının sürücüsü ABŞ prezidentini öldürmək və hakimiyyəti ələ keçirmək istədiyini etiraf edib.
Məlumata görə, 19 yaşlı Missuri sakini Sai Varşit Kandula hücumu altı ay planlaşdırdığını bildirib. Hakimiyyəti necə ələ keçirməyi planlaşdırdığı barədə suala cavabında şübhəli şəxs prezidenti öldürmək və yoluna çıxan hər kəsə zərər vermək niyyətində olduğunu deyib.
Bildirilib ki, polis yük maşınının sürücüsünü ABŞ prezidentini, vitse-prezidentini və onların ailə üzvlərini öldürmək cəhdində ittiham edib. Kandula həmçinin təhlükəli silahla hücum etməkdə, ehtiyatsız şəkildə avtomobil idarə etməkdə, federal əmlaka ziyan vurmaqda və mühafizə olunan əraziyə qanunsuz daxil olmaqda ittiham olunur./Report