Ağalıya növbəti köç başladıbackend

Bu gün Zəngilan rayonunun Ağalı kəndində daha bir neçə ailənin köçürülməsi prosesinə start verilib.

“Yeni Gundem” xəbər verir ki,”Böyük Qayıdış” çərçivəsində “ağıllı kənd” konsepsiyası ilə yenidən qurulan 50 nəfərdən 10 ailə artıq doğma kəndinə yola düşüb. Ümumilikdə “Böyük Qayıdış” layihəsi çərçivəsində Ağalı kəndində 420 nəfərdən 86 ailə köçürülüb.

Kənd sakinləri peşəkar ixtisas və bacarıqlarına uyğun işlə təmin olunacaqlar. Onlar müxtəlif dövlət qurumlarında, iaşə obyektlərində, tikinti şirkətlərində, geyim fabriklərində və s.

44 nəfərdən ibarət daha 10 ailə martın 3-də doğma Ağala kəndinə qayıdacaq. Proses növbəti aylarda da davam edəcək.

Fərahim Rəhimov