Ağcabədi Regional Mədəniyyət İdarəsinə rəis təyin edilibbackend

Mədəniyyət Nazirliyi sistemində kadr təyinatı olub. 

YeniGündəm xəbər verir ki, Mədəniyyət naziri Anar Kərimovun əmri ilə Həsənov Qalib Şamil oğlu Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

Qalib Həsənov 1974-cü ildə Ağcabədi rayonunda anadan olub, 2009-2010-cu illərdə Azərbaycanın Moldovadakı Səfirliyində müşavir, 2010-2013-cü illərdə Azərbaycanın Xarici İşlər Nazirliyində şöbə müdiri, 2013-2017-ci illərdə Azərbaycanın Macarıstandakı Səfirliyində müşavir vəzifəsində çalışıb.

Birinci dərəcəli müşavir diplomatik rütbəsinə malikdir.