Ağdam şəhərinin işğaldan azad olunması tarixi hadisədirbackend

2020-ci il 27 sentyabrda başlanan döyüşlərdə Ali Baş Komandan dəfələrlə işğalçı Ermənistanı sülhə dəvət edirdi. Və işğal olunan ərazilərin cədvəl əsasında azad olunmasını şərt kimi qoyurdu. Lakin düşmən tərəfi bu döyüşlərdə ağır məğlubiyyətinə məhəl qoymayaraq döyüşləri davam etdirirdi. Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev noyabrın 20-də xalqa müraciətində Ağdam rayonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın nəticəsi kimi dəyərləndirilib. Əslində üçtərəfli bəyanat Azərbaycanın Qələbəsidir, torpaqlarımızın qayıtmasıdır, bayrağımızın ucaldılmasıdır. Cənab Prezidentin Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq. Ağdam rayonunun tarixinə nəzər salsaq bu rayon 1930-cu ildə  yaradılmışdır. 1993-cu il iyulun 23-də Ermənistan Silahlı Qüvvələri Qarabağın mərkəzində yerləşən Ağdamın böyük hissəsini işğal edib. Ağdamlılar həm birinci həm də İkinci Qarabağ müharibəsində qəhrəmancasına vuruşmuşlar və qəhrəmancasına şəhid vermişlər. Rayonun Azərbaycan dövlətinin ərazilərində illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışdır. Cənab Prezidentin göstərişi ilə Ağdam rayonunun Quzanlı qəsəbəsində sosial obyektlər, sənayə müəssisələri, infrastruktur layihələri həyata keçirilmişdir. Böyük Olimpiya idman kompleksi, xəstəxana, məktəblər hətta Muğam Mərkəzi belə inşa edilmişdir.

Erməni seperatçıları Ağdamın adını dəyişərək “Akna” qoymuşdular. Ağdam rayonu işğal olunmamışdan öncə ağır yeyinti və yüngül sənayeyə, inkişaf etmiş kənd təsərrüfatına malik bir rayon idi. Rayonda dəzgah avadanlıqları, arekosmik və rabitə cihazları, metiz furnitor, traktor və avtomobil təmiri, asfalt, konserv, yağ-pendir, barama toxumu, pambıq, şərab və mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, taxıl məhsulları, tikinti materialları və ət kombinatları, ikidəmir yolu vağzalı və aeroport Ü.Hacıbəyli adına musiqi texnikomu, Ə. Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı və.s sosial və mədəniyyət obyektləri fəaliyyət göstərirdi. Ağdamın işğaldan azad olunması şanlı hərbi Qələbə nəticəsində mümkün olmuşdur. Ermənistan rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həlli həm siyasi, həm hərbi yollarla mümkündür. Ağdamın azad edilməsinə səbəb olan İkinci Qarabağ müharibəsini qalibiyyətlə başa vurmuş, Ali Baş Komandana, Azərbaycan ordusuna eşq olsun!

YAP-ın üzvü

Abbasova Pərvanə