Ağdamda keçirilən beynəlxalq Forumdakı çıxışı tarixin qızıl səhifələrinə yazılacaqdır.” – Məlahət İbrahimqızıbackend

Bildiyimiz kimi oktyabrın 5-də işğaldan azad edilmiş Ağdam rayonunda BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilibdir. Bu forumda qırxdan çox ölkənin, beynəlxalq təşkilatların təmsilçiləri  və şəhərsalma sahəsində tanınmış ekspertlər, merlər, mer müavinləri iştirak edirdi. Sözsüz ki, Forumun məhz işğaldan azad edilmiş və erməni vandalizminə məruz qalmış ərazilərdə keçirilməsinin çox böyük siyasi, mənəvi və tarixi əhəmiyyəti var. Forumda Respublikamızın Prezidenti möhtərəm İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın, eləcə də  BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərifin iştirakı isə Forumun beynəlxalq səviyyədə əhəmiyyətini və önəmini göstərir. Forumda Dövlətimizin başçısının çıxışı isə bu tədbirin həm ölləmiz, həm də dünya üçün önəmini göstərməklə erməni vəhşiliyinin, barbarlığının və vandalizmin təzahürlərinin bir daha dünya ictimaiyyətinə çatdırılması idi. Foruma qatılmış hər bir xarici qonaq, forum iştirakçısı erməni faşizminin təkcə Azərbaycana və Azərbaycan  xalqına qarşı deyil, hətta təbiətə, dünya mirasına qarşı törətdiyi vəhşiliklərin şahidi olacaqdır.

Bu sözləri Yeni Gundem”ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Bildiyimiz kimi savaş meydanında müharibə bitsə də, xalqımızın, xüsusilə fə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hələ də müxtəlif müstəvilərdə fəaliyyətini davam etdirən erməni faşizminə qarşı mübarizəsi davam edir. Bu mənada Prezidentimiz möhtərəm cənab İlham Əliyevin forumdakı çıxışı təcavüzkar Ermənistanın, erməni diasporasının və erməni lobbisinin azğın və qatil mahiyyətinin növbəti dəfə ifşası idi.

Məlahət İbrahimqızı Prezidentin Ağdamda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyevin çıxışınıda şərh etdi:

Dövlət Başçısı çıxışında Ağdamın, eləcə də Qarabağın tarixi şöhrəti haqqında məlumat verərək, Birinci Qarabağ savaşından sonra həm təbiətə, həm də bir milyona yaxın azərbaycanlının yaşadığı bütün yaşayış məskənlərinin, inanc yerlərinin, dini ibadət yerlərinin, məscidlərin erməni vandalları tərəfindən darmadağın edilməsini forum iştirakçılarının diqqətinə çatdırdı. O, Sovet dövründə Azərbaycanın ən böyük və gözəl şəhərlərindən olduğunu bugün isə xaricdən gəlmiş müxtəlif yüksək səviyyəli qonaqlar tərəfindən Ağdamın “urbisid qurbanı”, “ruhlar şəhəri”, “Qafqazın Xirosiması” adlandırıldığını xatırladaraq Xirosimadan fərqli olaraq, dağıntılar atom bombasının partlaması nəticəsində deyil, erməni vandalizmi və barbarlığı nəticəsində olduğunu vurğuladı. Dövlət Başçımız təcavüzkar Erməni silahlı dəstələrinin məscidlərdə donuz və inək saxlamalarının və bugünədək beynəlxalq təşkilatların erməni vəhşiliyinə susqun qalmalarının dözülməz və qəbuledilməz olduğunu vurğuladı. Möhtərəm Prezidentimiz işğalçı Ermənistan dövləti tərəfindən beynəlxalq hüququn və Cenevrə Konvensiyasının kobud şəkildə pozularaq, müxtəlif ölkələrdən olan ermənilərin işğal edilmiş ərazilərdə qanunsuz məskunlaşdırılma siyasətinə də öz münasibətini bildirərək, ötən dövr ərzində beynəlxalq təşkilatların, xüsusən ATƏT və Minsk Qrupu, onun həmsdrlərin fəaliyyətsizliyini də kəskin tənqid edətək, onların bundan sonra istənilən fəaliyyətə dair cəhdlərinin mənasız və qəbuledilməz olduğunu bildirdi. Möhtərəm Prezidentimiz otuz yurd-yuvalarından didərgin düşmüş keçmiş köçkünlərin öz doğma ocaqlarına qovuşması üçün uğurla həyata keçirilən möhtəşəm layihələr haqqında da forum iştirakçılarına ətraflı məlumat verildi.

Dövlətimizin başçısı erməni vandallarının işğaldan azad edilmiş torpaqlara milyondan çox minaların basdırılması, hətta müharibə bitdikdən sonra 250 azərbaycanlının mina qurbanı olmasını da qeyd etdi.  Prezidentimiz ermənilərin bu cinayətini Azərbaycana və azərbaycanlılara qarşı olan mina terroru, terror siyasəti adlandırdı. Həqiqətən də uzun illər BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların təcavüzkar Ermənistanın silahlı  qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamə və qərarlar qəbul etməsinə, xüsusilə BMT Təhlükəsizlik Şurasının demək olar ki, 30 il ərzində kağız üzərində qalan 4 qətnaməsinə baxmayaraq bu öhdəliklərin yerinə yetirilməməsinə baxmayaraq, Ermənistana  qarşı sanksiyalar tətbiq edilmədi. Bununla da işğalçının cinayətkar əməllərini daha da genişləndirməsinə şərait yaradılmış oldu. Ötən dövr ərzində Beynəlxalq ictimaiyyət Azərbaycan xalqının humanitar fəlakətinə bir mənalı yanaşmadı. Əksinə möhtərəm Prezidentimizin sözləri ilə desək,  beynəlxalq təşkilatlar təcavüzkar və təcavüz qurbanı arasında balans yaratmağa çalışıblar. Sözsüz ki, Azərbaycan dövləti və xalqı bununla sonsuza doğru razılaşa və dözə bilməzdi. Ona görə də bu gün Azərbaycan özü beynəlxalq hüququ bərpa edib, BMT qətnamələrini icra edib, BMT-nin Nizamnaməsini, xüsusilə də onun özünümüdafiə ilə bağlı müddəasından istifadə edərək bizim milli ləyaqətimizi bərpa edib.

Möhtərəm Prezidentimiz çıxışında; “..Bizim hər hansı vasitəçiliyə ehtiyacımız yoxdur. Biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra təklif irəli sürdük. Ağdamda gördüklərinizə, 10 min kvadratkilometrdən çox ərazinin Ermənistan tərəfindən dağıdılmasına baxmayaraq, insanlarımızın çəkdiyi zülmlərə baxmayaraq, biz Ermənistana sülh təklif etdik.” Fikirlərini səsləndirərək dövlət siyasətimizin təməlində sülh, barışın və dayanıqlı inkişaf olduğu bir daha vuğuladı.” Dövlətimizin başçısı Ermənistanla münasibətlərin normallaşması üçün sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu və Sülh müqaviləsi üçün irəli sürülən  beynəlxalq hüququn beş əsas prinsipini özündə əks etdirən beş təklifi forum iştirakçılarının diqqətinə çatdırdı.

Prezidentimizin forumdakı çıxışında diqqətçəkici məqamlardan biri də bugün bəzi beynəlxalq təşkilatların və ermənipərəst dövlətlərin müzakirə etdiyi Qarabağda yaşayan ermənilərin statusu ilə bağlı idi. Möhtərəm cənab Prezident bu məsələyə o qədər dəqiq və kəskin  ifadə etdi ki, esab edirəm bir daha bu sual gündəmə gəlməz: “…Hələ də Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisinə gəlincə, onlar bizim vətəndaşlarımızdır və biz indi onların öz ərazimizdə həyatını necə təşkil edəcəyimizi heç bir beynəlxalq oyunçu ilə müzakirə etməyəcəyik. Qarabağ Azərbaycandır! İkinci Qarabağ müharibəsi bunu meydanda sübut etdi. İşğal dövründə dünyanın heç bir ölkəsi, o cümlədən Ermənistan bu qondarma qurumu tanımadı. Ona görə də daxili işlərimizlə bağlı məsələləri heç vaxt beynəlxalq qurumlarla və ya böyüklüyündən və potensialından asılı olmayaraq, heç bir ölkə ilə müzakirə etmirik…”

Möhtərəm Prezidentimiz çıxışında Ermənistanla münasibətlərin normallaşma və sülh danışıqları haqqında da iştirakçılara ətraflı məlumat verdi. O, rəsmi Ermənistanın danışıqlar prosesini pozma və revanşist təxribatlarını davam etdirdiyi halda  Azərbaycanın Müzəffər Milli Ordusunun adekvat cavab verməyə hazır olduğunu vurğuladı. O qeyd etdi ki, Ermənistanın iki il bundan öncə baş vermiş müharibənin nəticələrindən ciddi dərs çıxarmalı, növbəti dəfə ciddi səhvə yol verməməlidir. Prezidentimiz təcavüzkar qonşularımızın Azərbaycan xalqının iradəsini və potensialını düzgün qiymətləndirməli,  bugünki imkan və fürsətlərin onlar üçün son şans olduğunu və əks halda bədəlinin  çox ağır olacağını bildirdi.

Möhtərəm Prezidentimiz  forumdakı çıxışı ilə ötən otuz ildə həm işğal, həm də 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərdən sonra bölgəmizdə və Qarabağda gedən proseləri, bölgədə yaranmış yeni reallıqlar və yeni əməkdaşlıq perspektivlər, Qarabağın dirçəlişi və Böyük Qayıdış  haqqında iştirakçılara geniş məlumat verdi.

Qürurverici məqamlardan biri də Möhtərəm Prezidentimiz cənab İlham Əliyev çıxışında “..biz Qarabağı və Zəngəzuru yenidən quracağıq. Buna heç bir şübhəmiz yoxdur. Necə bahalı olursa-olsun, bunu edəcəyik. Bu, bizim milli ideyamızdır. Əvvəllər bizim milli ideya torpaqlarımıza qayıtmaqdan, ədaləti və ərazi bütövlüyümüzü bərpa etməkdən ibarət idi və bütün Azərbaycan  xalqı bu ideya ətrafında birləşmişdi, özünü buna hazırlamışdı. Canlarını qurban vermiş gənc nəsil, – müharibə zamanı demək olar ki, üç min nəfəri qurban verdik, – və Qələbəmizi qeyd edən minlərlə insan, bu, həqiqətən də müasir Azərbaycandır, bu, yeni Azərbaycandır. İndi artıq işğal damğasından azad olunmuş Azərbaycan yüksəlməkdədir və mən əminəm ki, Azərbaycan ən uğurlu ölkələrdən biri olacaq və söhbət təkcə bizim regiondan getmir.”səsləndirdiyi mesajlar Azərbaycanın bir daha dünyada nüfuz və gücünü göstərir.