Ağdamda “Milli-Mənəvi dəyərlərimiz” adlı sərgi açılacaqbackend

 

Avqustun 20-də Ağdam Rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Rəssamlar İttifaqının fəxri üzvləri, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovaların Qarabağ Zəfərinə həsr olunmuş “Milli-Mənəvi dəyərlərimiz” adlı dekorativ-tətbiqi sənət nümunələrindən ibarət ilk fərdi yaradıcılıq sərgisi açılacaq.

YeniGündəm” xəbər verir ki, sərgi şəhid ailələri və media nümayəndələri üçün nəzərdə tutulub.
Sərginin təşkilatçıları Kanada-Azərbaycan diasporunun fəal nümayəndəsi Səbinə İsgəndərova, Milli Qəhrəman Asif (Fred) Məhərrəmov adına fondun rəhbəri Ədalət Məhərrəmov, Qızıl Aypara Cəmiyyətinin Kəlbəcər rayon bölməsinin sədri Gəncəli Mehdiyev və “Qalera” Sənət Mərkəzinin rəhbəri Mansur Əsgərlidir.

Sərginin kuratoru Xalq rəssamı Arif Hüseynovdur.