Ağdamda seçki qaydalarını kim pozur ? Namizəd İbrahim Məmmədovun qanun pozuntusundan yazdıbackend

119 saylı Ağdam Seçki Dairəsindən deputatlığa namizəd Asif Mərzili ( Məmmədov ) özünün Facebook səhifəsində namizəd olduğu dairədən qanun pozuntusu olması barədə status paylaşıb .

“Yeni Gumdem” olaraq həmin statusu olduğu kimi təqdim edirik :

YAP Ağdam rayon şöbəsinin sədri, “Azərişıq” ASC- nin Ağdam rayon şöbəsinin rəisi İbrahim Məmmədov YAP- dan Ağdam 119 saylı Seçki Dairəsindən deputatlığa namizəd kimi qeydə alınıb. Qanunvericiliyin tələblərinə görə, İ.Məmmədov namizədliyi qeydə alınan gündən tutduğu vəzifəsindən istefa verməli idi. Çünki onun rəisi olduğu idarədə ən azı 1000 nəfər potensial işçi var və deməli, ailədə 4 nəfərdən götürsək, 4 min nəfərin səsi seçki günü onun xeyrinə seçki qutusuna daxil edilməlidir…

Lakin YAP- dan deputatlığa namizəd İ.Məmmədov hazırda vəzifə səlahiyyətlərini nəinki icra edir, hətta cənab Prezident İlham Əliyevin imzaladığı Seçki Qanunvericiliyinə açıq şəkildə itaətsizlik edir, sənədlər imzalayır, möhürləmə ilə məşğuldur. Ona görə də 119 saylı Seçki Dairəsindən deputatlığa namizəd kimi YAP rəhbərliyinə sualım var: YAP- ın namizədi İ.Məmmədovun bu itaətsizliyinin və qanuna hörmətsizliyinin hüquqi nəticəsi necə olmalıdır??? Onun namizədliyi ləğv edilməlidirmi?