backend

Xəbər verdiyimiz kimi, Ağstafanın Sadıqlı kənd sakini, 1994-cü il təvəllüdlü Süleymanov Elnur Ramiz oğlu avtomat silahla atəş açaraq kənd sakinləri 1961-ci il təvəllüdlü Musayeva Şərqiyyə və onun iki oğlu, 1978-ci il təvəllüdlü Fərrux və 1984-cü il təvəllüdlü Novruzu öldürüb.

“Yeni Gundem”in məlumatına görə, 1960-cı il təvəllüdlü Cəlilova Zeynəb isə təsadüfən açılan atəşin qurbanı olub. Yaralananlar Sadıqlı kənd sakini 1964-cü il təvəllüdlü Əhmədova Lilpar, 1999-cu il təvəllüdlü İbrahim Abdullayev, 1951-ci il təvəlılüdlü Nüsrət İsayev və 1961-ci il təvəllüdlü Rəsul Həsənovdur. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, cinayətin səbəbi ailələr arasında olan qan davasıdır. Fərrux, Novruz və digər qardaş 2007-ci il ildə Elnurun atası və əmisini qətlə yetiriblər. O vaxtdan bəri ailələr arasında qan davası olub. Dünyalarını dəyişən Fərrux və Novruz bir müddət əvvəl həbsdən çıxıblar. Üçüncü qardaşları isə hələ də həbsdədir.

Elmar Əli