Aİ-dən Rusiyaya yeni sanksiyalarbackend

Aİ ölkələrinin səfirləri Rusiyanın Ukraynaya təcavüzü çərçivəsində 13-cü sanksiyalar paketi ilə bağlı prinsipial razılığa gəliblər.

AB Dövrünün Prezidenti Belçikanın rəsmi sosial media hesabında “Bu, AB tərəfindən təsdiqlənmiş ən böyük sanksiya paketlərindən biridir” deyib. Paket fevralın 24-də rəsmən təsdiqlənəcək.

AB Komissiyasının sədri Ursula fon der Leyen də “Rusiyaya qarşı 13-cü sanksiya paketimizlə bağlı razılaşmanı alqışlayıram” deyə qiymətləndirmə edib.

“Biz Putinin döyüş maşınını zəiflətməyə davam etməliyik”.

Von der Leyen, AB-nin Ukraynaya görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiya siyahısındakı adam və təşkilatların sayının 2 minə çatdığını və Rusiyanın pilotsuz uçuş aparatlarına çıxışını daha da azaltdıqlarını bildirib.

Yeni paketdə sanksiya siyahısına 200-ə yaxın şəxsin və təşkilatın əlavə ediləcəyi gözlənilir.

Təfərrüatları hələ açıqlanmayan sanksiya paketinin təsdiqlənməsi müharibənin başladığı 24 fevralın ikinci ildönümünə təsadüf edir.

Aİ indiyədək Rusiyaya qarşı 12 sanksiya paketini həyata keçirib. Rusiyaya qarşı sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və dəbdəbəli mallar da daxil olmaqla geniş sahələri əhatə edir. Sanksiyalar arasında Rusiyadan Aİ-yə dəniz yolu ilə daşınan xam neft və bəzi neft məhsullarının idxalına qadağa, bəzi Rusiya banklarının SWIFT beynəlxalq ödəniş sistemindən çıxarılması və bir çox yayım təşkilatlarının fəaliyyətinin dayandırılması daxildir.

Mənbə: TGRT

Aynur Camal