Aİ liderləri Brüsseldə toplaşırbackend

Aİ liderləri martın 23-24-də Brüsseldə Avropa Şurasının sammitində görüşəcəklər.

“Yeni Gundem” xəbər verir ki, bu barədə Avropa Şurası məlumat yayıb.

Avropa Şurasının məlumatına görə, Avropa İttifaqı liderləri Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi və Avropa İttifaqının Ukraynaya dəstəyi ilə bağlı məsələləri müzakirə edəcəklər. Onlar həmçinin rəqabət qabiliyyəti, vahid bazar və iqtisadiyyat, enerji resursları, xarici əlaqələr məsələlərini müzakirə edirlər.

Ukrayna məsələsi kontekstində blok liderləri müzakirə edəcəklər: günahkarların məsuliyyəti, Rusiyaya qarşı kollektiv təzyiqin daha da gücləndirilməsi, ələ keçirilən aktivlərin Ukraynanın yenidən qurulması üçün istifadəsi, Ukraynanın hərbi və müdafiə ehtiyaclarına dəstək, qlobal ərzaq təhlükəsizliyi.

Avropa Şurasının press-relizində qeyd olunur ki, Rusiya müharibəsi başlayandan bəri Avropa İttifaqı Ukraynaya və onun əhalisinə təxminən 67 milyard avro yardım edib.

Fərahim Rəhimov