Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel rəhbərlik etdiyi qurumun zəlzələdən zərər çəkmiş Mərakeşə dəstək verməyə hazır olduğunu açıqlayıb.
Trend xəbər verir ki, bu barədə o, “X” (tvitter) sosial şəbəkə hesabında paylaşım edib.
“Mərakeşdəki dağıdıcı zəlzələ ilə bağlı dəhşətli xəbərləri öyrəndim. Biz bu faciədə zərər çəkmiş hər kəslə və axtarış əməliyyatında iştirak edən xilasedicilərlə həmrəyik. Aİ bu çətin anlarda Mərakeşi dəstəkləməyə hazırdır”, – deyə Şarl Mişel bildirib.
Qeyd edək ki, Mərakeşdə 6,9 bal gücündə zəlzələ baş verib.
İlkin rəsmi məlumata görə, Mərakeşdə baş vermiş zəlzələdə 296 nəfər ölüb.