Rusiya prezidenti Putin 2006-cı il tarixli razılaşma ilə viza rüsumundan azad olan bütün Avropa İttifaqı ölkələri, İsveçrə, Norveç, İslandiya və Lixtenşteyn vətəndaşlarını yenidən viza rüsumunu ödəməyə məcbur edib.
İmzalanan qanunda sözügedən ölkələrin vətəndaşları üçün viza rüsumu 35 avro olaraq müəyyən edildiyi halda, bu məbləğ vizanın təcililiyinə və giriş-çıxış sayına görə 300 avroya qədər ola bilər.
Rusiya və Aİ 25 may 2006-cı ildə imzaladıqları vizanın sadələşdirilməsi sazişi ilə vətəndaşlarının viza müraciətlərinin araşdırılması, qəbulu və əldə edilməsi şərtlərini asanlaşdırıb.
Aİ 2022-ci il sentyabrın 12-də sözügedən sazişin müddəalarını ləğv edərək ruslara viza verilməsini çətinləşdirib.
Mənbə: İLKHA
Aynur Camal