Aİ Rusiyaya qarşı iqtisadi sanksiyaları uzatdıbackend

Avropa İttifaqı Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin iyulun 31-dək uzadılmasına qərar verib.

Rusiya-Ukrayna müharibəsinin başlaması ilə Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.

 Aİ isə Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini 6 ay daha uzaddığını açıqlayıb.

Aİ Şurası Rusiyanın Ukraynada sabitliyin pozulmasına yönəlik hərəkətləri səbəbindən ilk dəfə 2014-cü ildə tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin iyulun 31-dək uzadıldığını açıqlamışdı.

Aİ indiyədək Rusiyaya qarşı 12 sanksiya paketi elan edib.

Sanksiyalar ticarət, maliyyə, sənaye, texnologiya, nəqliyyat, ikili istifadə və lüks məhsullar kimi sahələri əhatə edir.

Aİ-nin Rusiyaya qarşı iqtisadi sanksiyalarının müddəti hər 6 aydan bir uzadılır.

Mənbə: İLKHA

Aynur Camal