Ailənin axtardığı qız sevgilisi ilə qaçıbmış – Yenilənibbackend

Bakıda sınaq imtahanına gedən abituriyent itkin düşüb.

“Yeni Gündem” xəbər verir ki, vətəndaş N. R. polisə müraciət edərək bildirib ki, fevralın 2-si, saat 13:55-də qızı Nərmini Nəsimi rayonunda yerləşən “Asiya” tədris mərkəzinə sınaq imtahanına aparıb.

Lakin saat 15:50-də Nərmini imtahandan götürmək üçün getdikdə qızını tapa bilməyib. Məlumata görə, Nərmin naməlum istiqamətə gedərək itkin düşüb.

Araşdırma aparılır.

***

“Yeni Gündem”in məlumatına görə, valideynlərin müraciətindən sonra Nəsimi RPİ-də araşdırma aparılıb. Məlum olub ki, 1999-cu il təvəllüdlü Nərmin imtahanda sevdiyi oğlana qoşulub qaçıb. Bu barədə onun ailəsinə də məlumat verilib.