Azərbaycan İlahiyyat İnstitutu 26 noyabr 2020-ci il tarixdə Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda elmi konfrans təşkil edəcək.
Konfransın mövzuları:
1. Akademik Vasim Məmmədəliyevin həyatı və elmi-pedaqoji fəaliyyəti.
2. Akademik Vasim Məmmədəliyevin elmi-dini fəaliyyəti.
3. Akademik Vasim Məmmədəliyevin dini-maarifçilik fəaliyyəti.
4. Akademik Vasim Məmmədəliyevin tərcüməçilik fəaliyyəti.
5. Akademik Vasim Məmmədəliyevin ilahiyyatçı kadrların yetişməsində rolu.
6. Akademik Vasim Məmmədəliyevin Azərbaycanda dinşünaslıq və islamşünaslığın inkişafında rolu.
7. Akademik Vasim Məmmədəliyevin yaradıcılığı tədqiqatçıların araşdırmalarında.
8. Qurani-Kərim və onun Azərbaycan dilinə tərcümələri.
9. Ərəb dilçiliyinin aktual problemləri və ərəb qrammatikası məktəbləri.
10. Azərbaycan ərəbşünaslığı: ənənəvilik və müasirlik.
11. Azərbaycanda ərəb dilinin tədrisi təcrübəsi və perspektivləri.
12. Azərbaycan ərəbşünaslığı və lüğətçilik fəaliyyəti.
13. Azərbaycan ərəbşünaslarının mətnşünaslıq fəaliyyəti.
14. Azərbaycan ərəbşünaslarının tərcümə fəaliyyəti.
15. Azərbaycan ərəbşünaslığı və termin yaradıcılığı məsələləri.
16. İslam mədəniyyətinin tədqiqi və təbliğində Azərbaycan ərəbşünaslarının rolu.
17. İslam dövrü ərəb ədəbiyyatının inkişaf mərhələləri.
Məqalələrin qəbul qaydaları:
1. Məqalələr heç bir yerə təqdim edilməmiş yeni tədqiqatlar olmalıdır.
2. Məqalələrin həcmi 6-15 səhifə, xülasələrin həcmi 200-250 sözdən ibarət olmalıdır.
3. Məqalələrin mətni “A4” formatda, “12” ölçülü hərflərlə, yuxarıdan və aşağıdan 2 sm, soldan 3 sm, sağdan 1 sm məsafə ilə, 1 intervalla, Azərbaycan, türk və ya rus dillərində “Times New Roman” şriftində aşağıdakı elektron ünvana göndərilməlidir: [email protected]
4. Təqdim olunan yazının əvvəlində məqalənin adından sonra müəllifin adı, soyadı, işlədiyi müəssisə, tutduğu vəzifə, elmi dərəcəsi (olduğu təqdirdə) və müəllifin elektron poçt ünvanı göstərilməlidir.
5. Məqalənin əvvəlində müəlliflə bağlı məlumatdan sonra, məqalənin yazıldığı dildə xülasə və açar sözlər verilməlidir.
6. Elmi araşdırmaların yazılma üsullarına uyğun, beynəlxalq standartlara cavab verən məqalələrdə giriş, ən azı, iki yarımbaşlıq və nəticə olmalıdır.
7. Mövzu ilə bağlı elmi mənbələrə istinadlar vacibdir. Məqalədə istinadlar göstərildiyi yerdən sonra, mötərizə içində müəllifin soyadı, nəşrin ili və səhifə nömrəsi sıra ilə verilməlidir; məs.: (Bünyadov 2007, 17-21).
Əgər bir müəllifin eyni ildə çap olunmuş iki və daha artıq əsəri varsa, belə olduğu halda, (Bünyadov 2007(1), 31-36) və ya (Bünyadov 2007(2), 42-55) kimi qeyd edilməlidir. Məqalənin sonunda ədəbiyyat siyahısında soyad, ad və nəşr ili göstərildikdən sonra, mötərizə içərisində 1 və ya 2 rəqəmləri qeyd edilir; məs.: (Bünyadov Ziya (2007/1), 31-36) və ya (Bünyadov Ziya (2007/2), 42-55).
8. Ədəbiyyat siyahısında verilən hər bir istinad haqqında məlumat bu formatda yerləşdirilməlidir: müəllifin soyadı və adı; nəşr ili (il); kitab; məqalə; konfrans və digərlərinin tam adı (əgər varsa, tərcümə edənin adı və soyadı); nəşr edilən yer; nəşriyyatın adı. Məqalələrdə ən sonda səhifələr göstərilir. Ədəbiyyat siyahısı məqalənin sonunda verilməlidir.
9. Xülasə və açar sözlər məqalənin yazıldığı dildən başqa iki xarici dildə, ədəbiyyat siyahısından sonra yerləşdirilməlidir. Hər bir xülasədə məqalənin adı, müəllifin adı, soyadı və elmi dərəcəsi (olduğu təqdirdə) tam göstərilməlidir. Məqalənin müxtəlif dillərdəki xülasələri bir-birinin eyni olmalı və məqalənin məzmununa uyğun gəlməlidir.
10. Müəllif məqalənin keyfiyyətinə, göstərilən faktların dəqiqliyinə və digər məlumatlara görə cavabdehlik daşıyır.
Məqalələrin göndərilməsi üçün son tarix: 21.09.2020
Əlaqələndirici şəxslər:
Şahin Ələsgərov (+99412) 510 65 45
(+99455) 529 93 80;
Emil İsbatov (+99412) 510 65 45
(+99455) 200 21 03.