Amerikalı Hollivud ulduzu Al Paçinonun 83 yaşında dördüncü uşaq atası olacağı məlum olub.
“Yeni Gundem” xarici KİV-ə istinadən xəbər verir ki, aktyorun 29 yaşlı sevgilisi Nur Əlfallahın 8 aylıq hamilə olduğu bildirilir.
Al Paçinonun meneceri də bu xəbəri təsdiqləyib.
Qeyd edək ki, aktyor prodüser kimi çalışan Alfallahla keçən il filmin çəkiliş meydançasında tanış olub.