Alimlər piylənmə riskini artıran iki yeni genetik variant müəyyən ediblər.
“Nature Genetics” jurnalında dərc edilən araşdırmada piylənmə ehtimalını altı dəfəyə qədər artıran və uşaqlarda çəki artımına təsir edən digər məlum variantlardan fərqli olaraq, yalnız böyüklərdə rol oynayan variantlar müəyyənləşib.
Kembric Universitetinin Tibbi Tədqiqat Şurasının alimləri Böyük Britaniyanın Biobank məlumat bazasında qeydiyyatdan keçmiş 500 mindən çox insanın məlumatlarını araşdırıb. Müəyyən olunub ki, “BSN” və “APBA1” adlı iki genin variantları böyüklərdə piylənmə riskini artırır. Tədqiqatçılar qeyd ediblər ki, “BSN”də diabet və yağlı qaraciyər xəstəliyi riskinin yüksək olması ilə əlaqələndirilir və hər 6500 böyük insandan birinə təsir edir.
Araşdırmanın müəlliflərindən olan professor Giles Yeo əlavə edib ki, bu gen variantlarını daşıyan insanlar yaşlandıqca, beyinlərindəki neyronlar pozulmağa başlayır və beyindəki qida qəbulunu idarə edən əsas dövrələri aradan qaldırır, insanlar piylənmə ilə üzləşirlər. O bildirib ki, bu variant əczaçılıq şirkətlərinə profilaktik müalicələr hazırlamağa imkan verəcək./Trend