“Allah adamı” olan Zahid Oruc niyə millət vəkili ola bilmir?backend

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin II, III, IV,V və VI çağırış deputatı Zahid Oruc sosial şəbəkələrdə tənqid obyektinə çevrilib.

“Yeni Gundem” xəbər verir ki, buna səbəb Zahid Orucun sentyabr ayında keçiriləcək parlament seçkilərində təbliğata “Oruc Allahın, Seçim Xalqındır” şüarı ilə başlamısıdır.
Sosial şəbəkə istifadəçiləri Zahid Orucu həssas mövzulardan istifadə edərək səs almağa çalışmaqda ittiham edirlər. Bununla yanaşı, onun soyadını İslamın ritualı ilə assosiasiya etməsi sərt tənqid olunub.
Zahid Orucun bu şüarla özünü az qala Allah adamı kimi təqdim etməyə cəhd göstərdiyi kimi qiymətləndirilir. Lakin soyadın Oruc olması hələ bu soyadı daşıyanın Allah adamı olduğunu deməyə əsas vermir.
Zahid Oruc Allah adamı olmamışdan əvvəl millətin vəkili olub-olmadığı barədə düşünməlidir.
Xatırladaq ki, Zahid Oruc sentyabr ayında keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyini 33 saylı Xətai birinci seçki dairəsindən sürüb.Reportyor.info