Almaniya həftədə 4 gün işləyəcəkbackend

Avropanın ən böyük iqtisadiyyatı Almaniya, həftədə 5 gün əvəzinə 4 günlük iş modelini sınaqdan keçirməyə başlayıb. 45 şirkət və təşkilat fevral ayından başlayaraq altı ay ərzində həftədə 4 gün işləyəcək. İşçilər tam maaşlarını almağa davam edəcəklər. 4 günlük işin tərəfdarları bu təcrübənin işçilərin məhsuldarlığını artıracağını və nəticədə ölkədə ixtisaslı işçi çatışmazlığının aradan qaldırılmasına kömək edəcəyini iddia edirlər. Deyirlər ki, 5 gün əvəzinə 4 gün işləyənlər daha motivasiyalı və buna görə də məhsuldar olurlar. Bu modelin həftənin beş günü işləmək istəməyənləri də işçi qüvvəsinə daxil olmağa razı salacağına inanılır.

Avropa ölkələrində 4 günlük iş modeli ilə bağlı aparılan bir çox araşdırma işçilərin əksəriyyətinin daha az stress keçirdiyini və daha məhsuldar olduğunu ortaya qoyub. Bununla belə, bu təcrübənin tibb bacısı, təhlükəsizlik xidmətləri və ya nəqliyyat kimi sahələrdə mümkün olub-olmaması müzakirə mövzusudur.

Belə bir tənzimləmənin bütün sektorlarda eyni şəkildə tətbiq edilməsi, ölkələrin rəqabət qabiliyyətinə ziyan vurura biləcəyi də düşünülür.

Mənbə: hurriyyət.tr

Aynur Camal