Berlindən Tel-Əvivlə həmrəyliklə bağlı yeni addım atılıb. Belə ki, Hərbi Hava Qüvvələri komandanı general-leytenant Gerhartz İsraildəki xəstəxanada qan verərkən görüntülənib.Almaniya Qəzza zolağında dinc sakinləri bombalayan İsrailə dəstəyini davam etdirir.
“Yeni Gundem” xəbər verir ki, hərbi Hava Qüvvələrinin komandanı general-leytenant İnqo Gerharts İsrailə səfər edib.
İsrailin dövlət televiziyası olan KAN-ın sosial media hesabında Gerhartzın İsraildəki xəstəxanada qan verməsini əks etdirən foto yayımlanıb.
Sözügedən yazıda Gerhartzın Təl-Əviv yaxınlığındakı xəstəxanada qan verdiyi bildirilib.
General-leytenant Gerhartz bu addımı Almaniya kansleri Olaf Şolzun diqqətəlayiq açıqlamalarından sonra atıb.
“Almaniyada yəhudilərə hücum edən hər kəs bizim hamımıza hücum edir” Scholz deyib.
Scholz Mannheimer Morgen qəzetinə verdiyi açıqlamada Almaniyadakı insanları antisemitizm hadisələri qarşısında “yəhudiləri qorumağa” çağırıb və deyib: Almaniyada yəhudilərin müdafiəsi üçün hamımız ayağa qalxmalıyıq, bu həm də vətəndaş cəsarəti məsələsidir.
“Antisemit şüarlar səsləndirmək cinayətdir”
Almaniyadakı yəhudi qurumlarının qorunduğuna diqqət çəkən Scholz bunları söyləyib: Biz antisemitizmi qəbul etməyəcəyik. Bizim çox aydın qanunlarımız var. İsrail bayraqlarının yandırılması cinayətdir. Günahsız insanların ölümünü alqışlamaq cinayətdir. Antisemit şüarlar səsləndirmək cinayətdir.
Kansler hüquq-mühafizə orqanlarının bu cür cinayətləri cəzalandırmaq vəzifəsi olduğuna diqqət çəkərək, “Hüquq-mühafizə orqanları lazımi vasitələrə malikdir və onlardan ardıcıl şəkildə istifadə etməlidir” deyə vurğulayıb.
Mənbə: EnSonHaber
Aynur Camal