Almaniya kansleri Olaf Şolz israilliləri müdafiə etdibackend

Qərb ölkələri İsrailin Fələstinə etdiyi zülmə susmağa davam edir.

Bu səssizliyə qarşı Almaniya kansleri Olay Şolz, “Almaniyada yəhudilərə hücum edən hər kəs bizim hamımıza hücum edir” deyib.

İş o yerə çatıb ki, əksər Avropa ölkələri baş verənlərdə İsraili dəstəkləsə də, bu istiqamətdə bəyanatlar dayanmır. Nəhayət, Almaniya kansleri Olaf Şolz Mannheimer Morgen qəzetinə verdiyi açıqlamada Almaniyadakı insanları antisemitizm hadisələri qarşısında “yəhudiləri qorumağa” çağırıb və “Hamımız yəhudilərin müdafiəsi üçün ayağa qalxmalıyıq. Almaniyada bu həm də vətəndaş cəsarəti ilə bağlı bir məsələdir” – qiymətləndirməsini edib.

“Günahsız insanların ölümünü alqışlamaq cinayətdir”

Almaniyadakı yəhudi qurumlarının qorunduğuna diqqət çəkən Scholz, “Antisemitizmi qəbul etməyəcəyik. Çox açıq qanunlarımız var. İsrail bayraqlarının yandırılması cinayətdir. Günahsız insanların ölümünü alqışlamaq cinayətdir. Semit şüarları cinayətdir” deyib.

Kansler hüquq-mühafizə orqanlarının bu cür cinayətləri cəzalandırmaq vəzifəsi olduğuna diqqət çəkərək, “Hüquq-mühafizə orqanları lazımi vasitələrə malikdir və onlardan ardıcıl şəkildə istifadə etməlidir” deyib.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal