Almaniya Ukrayna ilə bağlı Rusiya ilə danışıqlar aparmağa hazırlaşmır. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Das Handelsblatt” qəzetinə müsahibəsində bildirib.
“Biz ukraynalılara danışıqlar masasına nə vaxt oturmağı diktə etməyəcəyik. Buna yalnız Ukrayna qərar verir” deyən müdafiə departamentinin rəhbəri Berlinin “müharibənin uzun müddət davam edəcəyinə” hazırlaşdığını bildirib.
Pistoriusun sözlərinə görə, 2024-cü ildə keçiriləcək seçkilərdən sonra Amerika hökuməti dəyişsə belə, Qərb müttəfiqlərinin Kiyevi dəstəkləmək niyyəti dəyişməz qalacaq. “Biz Ukraynaya maddi dəstək verməyə, əsgərləri öyrətməyə və potensialın artırılmasına kömək etməyə davam edəcəyik”, – nazir vurğulayıb.
Almaniya hakimiyyəti Ukraynanın onlara “Taurus” raketləri vermək tələbindən imtina edib. Almaniya kansleri Olaf Şolz nəzəri olaraq gələcəkdə belə bir ssenariyə icazə verdiyini, lakin bunu mümkünsüz hesab etdiyini bildirib.
Mənbə: Lenta.Ru
Aynur Camal