Almaniya və Fransa üz-üzə gəldibackend

Almaniyanın Ukraynaya 8 milyard avro yardım vədi verməsi Fransanın reaksiyasına səbəb olub. Fransa Almaniyanı təkbaşına hərəkət etməkdə günahlandırsa da, Almaniya kansleri Şolz AB üzvlərini Ukraynaya kifayət qədər kömək etmədiklərinə görə tənqid edib.

Almaniyanın 2024-cü il üçün Ukraynaya 8 milyard avroluq yardım vədi Avropa Birliyində çatlaqlara səbəb olub. Fransanın Avropa Komissiyasındakı nümayəndəsi Thierry Breton, Almaniya kansleri Olaf Scholz-u Kiyevə Avropa Sülh Fondu vasitəsilə deyil, birtərəfli qaydada yardım göndərdiyinə görə hədəf alıb: “Almaniya heç kimi aldatmır. Biz görürük ki, o, təkbaşına hərəkət edir və Avropa Sülh Fonduna (APF) dəstəyi dayandırmağa çalışır”.

 SCHOLZ AB ÜZVLƏRİNİ TƏNQİD EDİB

Fransanın sərt tənqidindən az əvvəl Almaniya kansleri Şolz ABŞ prezidenti Co Baydenlə telefon danışığı aparıb. Scholz görüşlə bağlı rəsmi X hesabında verdiyi açıqlamada, “Biz prezident Baydenlə Ukraynaya maliyyə, humanitar və hərbi dəstək vermək mövzusunda razıyıq” deyib. Şolz bu yaxınlarda Aİ-yə üzv dövlətləri tənqid edərək, onların Ukraynaya Rusiyaya qarşı mübarizəsində kifayət qədər dəstək vermədiklərini bildirib.

Qərb mediası Fransa dəstəyinin Almaniyanın göndərdiyi dəstəyə nisbətən inanılmaz dərəcədə kiçik olduğunu iddia edib və bu sözlərin Fransa prezidenti Emmanuel Makrona hədə-qorxu gəlmək üçün etdiyini iddia edib.

The Telegraph-a danışan diplomatlar iddia edirlər ki, Berlinin Avropa Sülh Fondu vasitəsilə deyil, birbaşa yardım göndərmək qərarı Fransa və Almaniya arasındakı gərgin münasibətlərin əlamətidir.

Çərşənbə axşamı gecəsi verdiyi açıqlamada Makron Ukraynaya daha çox dəstək verəcəyini bildirib və Fransanın Ukraynaya 40 Fırtına Kölgəsi raketi göndərəcəyini açıqlayıb.

Almaniya hazırda 17,1 milyard avro yardımı ilə ABŞ-dan sonra Ukraynaya dəstək verən ikinci ölkədir. İngiltərə 6,6 milyard avroluq yardımla Almaniyanı izlədiyi halda, Fransanın Ukraynaya etdiyi hərbi yardım cəmi 544 milyon avro olaraq qeyd edilib. Bu məbləğ Almaniyanın verdiyi dəstəkdən xeyli aşağıdır.

“The Telegraph” yazır ki, Berlin hazırda Avropa Sülh Fonduna göndərdiyi 23 milyard avro məbləğini azaltmağa çalışır.

Mənbə: hurriyyət.tr

Aynur Camal