Berlində Milli Müqavimət Şurasının binası İran rejiminin casuslarının hücumuna məruz qalıb.
Milli Müqavimət Şurası bildirib ki, İran hökumətinə bağlı casuslar dünən səhər Berlində sözügedən şuranın binasına yandırıcı materiallar və Molotov kokteyli atıblar və nəticədə binanın xarici divarında yanğın baş versə də, xəsarət alan olmayıb.
Milli Müqavimət Şurası hücumun meydana gəldiyini və yanğının ofisdə olan işçilər tərəfindən söndürüldüyünü bildirib.
Qeyd edək ki, adıçəkilən Şura hücum edənlərin “molla rejimi” ilə bağlı olduqlarını qeyd edib.
Mənbə: Azad İran
Aynur Camal