Almaniyanın ilk Açıq Təhsil İmam Hatip Liseyi Türk-İslam Diyanət İşləri Birliyi (DİTİB) tərəfindən Hamburqda açılıb.
“Yeni Gundem“in əldə etdiyi məlumata görə, Açıq Təhsil İmam Hatip Liseyinin açılışı Qurani-Kərim tilavəti ilə reallaşıb.
Açıq Təhsil İmam Hatip Liseyi proqramı ilə Almaniyada DİTİB məscidlərində yeni bir təməl atdıqlarını ifadə edən dərnək rəhbərləri və din məmurları Şimali Almaniyada yaşayan gənclərin sıx tələbləri ilə bu proqramı başlatdıqlarını söyləyiblər.
Həmçinin proqramda kişi və qız tələbələr ərəb, hədis, Quran, təfsir və ritorika kursları ilə yanaşı sahə dərsləri də alacaqlar.
Hamburqun baş konsulu Əminə Derya Kara İmam Hatip Liseyinə ev sahibliyi etməkdən böyük məmnunluq duyduğunu ifadə edərək, “Mən xoşbəxtəm ki, bu mübarək ayda belə gözəl bir tədbirdə bir araya gəldik. Dünyalar dünyaya gəldi. Belə gözəl bir tədbirdə bir araya gəldiyim üçün xoşbəxtəm. DİTİB ailəsi əməyi olan “təşəkkür edirəm” deyib.
Mənbə: A-haber
Aynur Camal