Almaniyada müharibə sorğusubackend

Almaniyada müharibə sorğusu: 60 faiz ölkəni qorumağa hazır deyil.

Almaniyada aparılan sorğu nəticəsində məlum olub ki, almanların əksəriyyəti hərbi hücum zamanı silah götürüb ölkəni müdafiə etməyə hazır deyil, yalnız 38 faiz isə ölkənin hazır olduğunu bildirib. Müharibə məsələsi Avropanın gündəmində ciddi yer tutur…

NATO rəsmilərinin keçmiş hesabatında Ukrayna-Rusiya müharibəsindən sonra Avropanın yaxın 10 ildə Rusiya ilə hərtərəfli müharibəyə girməsi ehtimalı yer alıb.

Bu prosesdə Almaniya ilə Rusiya arasında gərginlik artdıqca müharibə ssenariləri Almaniya ictimaiyyəti tərəfindən müzakirə edilir. Bu mövzuda sorğular da aparılır.

“Alman xalqı əlinə silah alıb ölkəni müdafiə etməyə hazır deyil”.

Forsa araşdırma şirkətinin RTL/NTV televiziya kanalları üçün keçirdiyi sorğuda iştirakçıların 59 faizi “Almaniyanı əlinə silah alaraq müdafiə etməyə hazır olub-olmayacağı” sualına “Yəqin ki, yox” və ya “Qətiyyən yox” cavabını verib”.

Sorğuda iştirak edənlərin 38 faizi bu suala “mütləq” və ya “yəqin ki” hazır olduqlarını bildirərək cavab verib.

Yaşı 18-29 arasında olan iştirakçıların 51 faizi ölkəni müdafiə etmək üçün əlinə silah götürməyə “yəqin” və ya “mütləq” hazır olmadığını bildirsə də, 30-44 yaş arasında bu nisbət yüzdə 60, yüzdə 54 olub. 45 yaşdan 59 yaşa qədər olanlar üçün, 60 yaşdan yuxarı olanlar üçün isə 54 /62 faiz təşkil edib.

Yaşıllar Partiyası tərəfdarlarının 61 faizi, Sosial Demokrat Partiyasının (SPD) tərəfdarlarının 59 faizi, Almaniya üçün Alternativ (AfD) Partiyasının tərəfdarlarının 55 faizi, Xristian Birlik (CDU/CSU) partiyalarının yüzdə 50 və Azad Demokrat Partiyası tərəfdarlarının (yüzdə 47), (FDP) tərəfdarları ölkəni müdafiə etmək üçün silah götürməyə “yəqin ki” və ya “qəti” hazır olmadıqlarını bildirdilər.

Almanların əksəriyyəti Ukraynaya qoşun göndərilməsinin əleyhinədir

Digər tərəfdən YouGov şirkətinin Almaniyanın DPA Xəbər Agentliyi üçün etdiyi anketə görə; Almanların 72 faizi Ukraynaya qoşun göndərilməsinin əleyhinədir və Almaniya kansleri Olaf Şolsu dəstəkləyir.

Sorğuda iştirak edənlərin yalnız 2 faizi Almaniyanın Ukraynaya qoşun göndərməsinin tərəfdarı olub, 16 faizi isə Almaniyanın Ukraynaya qoşun yeritmək variantını “açıq buraxmasını” istəyib.

Almaniyanın müdafiə naziri Boris Pistorius bəyan edib ki, Almaniya müdafiə xərclərini artırmalı və silahlı qüvvələr modernləşdirilməli və yeni təhlükəsizlik problemlərinin öhdəsindən gəlmək qabiliyyətinə malik olmalıdır: “Biz Avropada müharibə təhlükəsinin ola biləcəyi fikrinə alışmalıyıq və bu o deməkdir ki, biz müharibəyə hazır olmalıyıq” ifadəsini işlədib.

Bunun üçün alman ordusuna təkcə silah deyil, həm də şəxsi heyət lazımdır.

2011-ci ildə məcburi hərbi xidmətin ləğv edildiyi Almaniyada 181 min əsgər var. Almaniya hökuməti 2031-ci ilə qədər bu rəqəmi 203 minə çatdırmağı hədəfləyir. Ölkədə əhalinin qocalması və ixtisaslı işçi qüvvəsinin olmaması səbəbindən hərbi xidmət keçəcək kadr tapmaqda çətinlik yaşanır və 2031-ci il üçün hədəf sayına çatmayacağı bildirilir.

Xəbər mənbəyi: Anadolu Agentliyi (AA)

Aynur Camal