Almaniyada öldürülən ukraynalı Marqarita Stetsenkonun 5 həftəlik qızı tapıldıbackend

Zorakılıq nəticəsində öldürüldüyü güman edilən Marqaritanın körpəsi sağ tapılıb. Həmin vaxt körpənin yanında olan iki şübhəli saxlanılıb.

Almaniya 27 yaşlı Marqarita Stetsenkonun qətlindən danışır.

Marqaritanın bədənində zorakılıq izləri olan cansız bədəni Reyn çayının sahilində tapılıb.

Alman polisi Marqaritanın 5 həftəlik qızı və 51 yaşlı anası Marina Stetsenkonu tapmaq üçün hərəkətə keçdi və itmiş körpə tapıldı.

Bild qəzeti itkin düşən körpənin tapıldığını yazıb. Yeni doğulan körpə qızın kişi və qadının yanında tapıldığı, söz mövzusu şübhəlilərin qətl ehtimalı ilə nəzarətə alındığı bildirilib.

Polisin verdiyi açıqlamaya görə, xəsarət almadığı bildirilən körpə ehtiyat tədbiri olaraq xəstəxanaya göndərilib. Körpənin səlahiyyətlilərin nəzarətində saxlandığı paylaşılıb.

DNT analizinə görə, sözügedən körpə bu yaxınlarda qətlə yetirilən Ukrayna vətəndaşı Marqaritaya məxsusdur.

Hüquq-mühafizə orqanları qətlə yetirilən qadının anasının qaçqın düşərgəsində yaşadığını deyib.

Bildirilib ki, “mümkün cinayətin” üzə çıxarılması məqsədilə Reyn çayı sahilində cinayət yerinin ətrafı axtarış itləri ilə aparılıb.

Qətlə yetirilən ukraynalının hadisədən əvvəl anası və kiçik qızı ilə birlikdə səfərdə olduğu bildirilir.

 Təhlükəsizlik qüvvələri Marqarita Stetsenkonun zorakılıqla öldürüldüyünü güman edir.

Polisin məlumatına görə, meyiti tapılan qadının anası Marina həm qızının ölümündə, həm də nəvəsinin itkin düşməsində “ən mühüm şahid” hesab olunur.

Mənbə: EnSonHaber

Aynur Camal