Almaniyanın gizli saxladığı məxfi sənədlər üzə çıxdıbackend

Almaniyanın gizli saxladığı məxfi sənədlər üzə çıxdı… Bir sözlə kabus ssenarisi: Berlin 2025-ci ildə Putinin NATO-ya hücumuna hazırlaşır.

Ukraynada müharibə tam sürətlə davam edərkən, Rusiya və NATO tarixin ən gərgin dövrünü yaşayır.

NATO Rusiyanın hücumuna qarşı Ukraynaya silah yardımı etsə də, Avropada Kiyevə ən böyük dəstək Berlindən gəlib.

Almaniya mətbuatında dərc olunan məxfi sənədlərə görə, Berlin 2025-ci ildə Putinin NATO-ya hücumuna hazırlaşır.

Almaniyanın “Bild” qəzetinin dərc etdiyi Almaniya Müdafiə Nazirliyinin məxfi sənədləri Rusiyanın cəmi 18 ay ərzində Ukraynadakı münaqişəni genişmiqyaslı müharibəyə çevirəcəyinə dair addım-addım təlimatı ortaya qoyur.

Almaniyanın sızdırılmış sənədlərinə görə Putinin 9 mərhələli planı budur…Sızdırılan sənədlərə görə, iyun ayına qədər, Qərbin dəstəyinin və silahlarının azaldığı bir vaxtda Rusiya döyüş meydanında uğur qazanacaq və Ukrayna vasitəsilə ciddi irəliləyiş əldə edəcək.

Bu uğurdan yararlanan Putin iyul ayında Baltikyanı ölkələrdə kiberhücumlar təşkil edəcək, eyni zamanda etnik rus azlıqlarının hədəf alındığını iddia edərək Estoniya, Latviya və Litvada zorakılığı qızışdıracaq.

Rusiyanın müdaxiləsi nəticəsində Estoniya, Latviya və Litvada qarşıdurmalar yaşanacaq və Putin bundan bəhanə edərək sentyabra qədər Belarus və Qərbi Rusiyaya göndəriləcək 50 min rus əsgəri ilə genişmiqyaslı təlimə başlayacaq.

Bir ay sonra Putin bir addım da irəli gedərək öz qoşunlarını və orta mənzilli raketlərini Rusiyanın Polşa ilə Litva arasında yerləşən Kalininqrad anklavına yerləşdirəcək.İşdə sızan sənədlərə görə Rusiyanın 9 mərhələli planı;

Fevral 2024: Rusiya 200 min əsgərini səfərbər edir

2024-cü ilin yazısı: Rusta Ukraynada hücuma keçəcək və əhəmiyyətli irəliləyişlər əldə edəcək.

İyul 2024: Rusiya NATO üzvü Baltikyanı ölkələrdə təxribat xarakterli hərəkətlər edəcək.

Sentyabr 2024: Kreml 50 min rus əsgərini təlimlər üçün Belarusa göndərəcək.

Oktyabr 2024: Rusiya Kalininqrada raketlər yerləşdirəcək.

Dekabr 2024: Suwalki aşırımında saxta sərhəd toqquşmaları baş verəcək

Yanvar 2025: NATO Rusiya təhlükəsinə qarşı toplanacaq

Mart 2025: Rusiya qoşunlarını Belarusa köçürəcək

May 2025: 300 min NATO əsgəri ittifaq sərhədinə yerləşdiriləcək.

Putin ya geri çəkiləcək, ya da III Dünya Müharibəsi başlayacaq. Lakin Putinin əsas məqsədi Suwalki aşırımı kimi tanınan dar bir əraziyə hücum etmək olacaq. Polşa və Litva əvvəllər bölgəyə nəzarət uğrunda mübarizə aparırdılar, bu gün Polşanın bir hissəsidir və materik Avropa ilə Baltikyanı ölkələr arasında yeganə quru sərhədidir.

Hətta Polşa, Litva və Kalininqrad arasında sıxışdırılmış bölgəyə kiçik bir hücum NATO üçün böyük problemlər yarada bilər və potensial olaraq onu Üçüncü Dünya Müharibəsinə sürükləyə bilər.

Sənədlərə görə, bu ilin dekabrına qədər Moskva sərhəd münaqişəsi və Suvalki aşırımında “çoxlu insan ölümü ilə nəticələnən iğtişaşlar” haqqında yalan təbliğat aparacaq.

Ən pisə hazırlıq məqsədi ilə hazırlanan və “kabus ssenarisi” adlandırılan sənəddə ABŞ prezidenti Co Baydenin prezident seçkilərində məğlub olacağı təqdirdə ABŞ-ın bir neçə həftə lidersiz qalacağı və Putinin bundan yararlanacağı bildirilib. Yaranacaq xaosdan NATO ərazisinə hücum etməyə başlaya bilər.

İsveçdə əvvəlcə mülki müdafiə naziri, sonra isə Baş Qərargah rəisi tərəfindən edilən “müharibəyə hazır olun” xəbərdarlıqları “çaxnaşma yaratmaq” üçün narahatlıq və tənqidlərə səbəb olub.

İsveçin Mülki Müdafiə naziri Karl-Oskar Bohlin bazar günü qatıldığı konfransda “İsveçdə müharibə ola bilər” deyib.

Daha sonra Baş Qərargah rəisi Micael Byden bütün isveçliləri müharibəyə ruhi cəhətdən hazır olmağa çağırıb.

Mənbə: hurriyyət.tr

Aynur Camal