Alovlu tort bir olay oldubackend

ABŞ prezidenti Bayden ilk dəfə girdiyi Threads sosial media platformasında 81 yaş tortu ilə fotosunu paylaşıb.

“Yeni Gundem” xəbər verir ki, Baydenin alovlu ad günü tortu maraq obyektinə çevrilib.

ABŞ prezidenti Co Bayden öz paylaşımında deyib: “Bu gün 81 yaşım tamam oldu və yeni sosial media platformam var. Xoş arzularınız üçün təşəkkürlər uşaqlar! Və ad günü şam fabrikindəki işçilərə, ümid edirəm ki, həmkarlar ittifaqı sizə əlavə iş vaxtı verəcəkdir.”

Yaşına baxmayaraq 2024-cü ildə yenidən namizəd olmağa hazırlaşdığı üçün tənqid obyekti olan Baydenin tortu da reaksiyalara səbəb olub.

Radio aparıcısı Dana Loesch yazıb: “Qarşınızdaki boşqabda cəhənnəmə gedən bir portal var”. Başqa bir istifadəçi isə “Niyə stolu belə tutur? “Tort mənə Amerika iqtisadiyyatının vəziyyətini xatırlatdı” deyib.

Bayden hər il Ağ Evdə keçirilən Şükran Günü ənənəsi olan “hinduşkanın əfv mərasimində” səhvlərinə yenisini əlavə edib. Bayden dünyaca məşhur pop ulduzları Taylor Swift və Britney Spirs-i səhv salıb.

Bayden konsert turu çərçivəsində Braziliyada olan Taylor Swift-i “Britni” adlandırıb. ABŞ prezidenti: “Bu gün mənim ad günümdür. Sadəcə Oval Ofisdə ad günü mahnısı oxudular. O, yaşını da zarafatla deyib ki, “demək istəyirəm, 60-ı tamamlamaq çətindir”. Respublikaçılar Partiyasından Donald Trampın namizəd olacağı təqdirdə Baydenin kreslosunu itirəcəyi ilə bağlı şərhlər edilsə də, Demokratlar Partiyasının ağır çəkisi Co Baydeni dəstəkləməyə davam edir.

Mənbə: hurriyyət.tr

Aynur Camal