Bakıda 6 ay əvvəl qadına qarşı cinayət törədən şəxs saxlanılıb.
“Yeni Gündem”in verdiyi xəbərə görə, Bakı Şəhər BPİ Cinayət Axtarış İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində 2019-cu il iyulun 3-də Xətai rayonu, Telnov küçəsində yerləşən mağazaların birində vətəndaş Y.Muştiyevanın əl çantasından maaş kartı və dəyəri bilinməyən qızıl qolbağını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Vüqar Əliyev müəyyən olunaraq tutulub.
V.Əliyev əvvəllər oğurluq və narkotik vasitələrin daşınmasına görə məhkum olunub.