Altuğra İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək
“Yeni Gundem” xəbər verir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) səhiyyə naziri İzlem Gürçağ Altuğra Cenevrədə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Səhiyyə Nazirlərinin 5-ci iclasında iştirak edəcək.
ŞKTC Səhiyyə Nazirliyindən verilən məlumata görə, Azərbaycanın ev sahibliyi ilə Ümumdünya Səhiyyə Assambleyasının 76-cı sessiyası çərçivəsində Cenevrədə keçiriləcək İƏT Səhiyyə Nazirlərinin 5-ci iclasında İ.G.Altuğranı nazirliyin müşaviri Deren Oygar müşayiət edəcək.