Alzheimer dərmanları ilə beyin dəyişiklikləri arasında əlaqə tapdılarbackend

Elm adamları yeni Alzheimer dərmanları ilə beyin dəyişiklikləri arasında əlaqə tapıblar.

Elm adamları Alzheimer dərmanlarının yeni növləri, lekanemab və donanemab səbəbiylə beyin kiçilməsini bildiriblər. Bu barədə “The Times” qəzeti britaniyalı tədqiqatçıya istinadən məlumat yayıb.

Yapon əczaçılıq şirkəti Eisai tərəfindən amerikalı tərəfdaş Biogen ilə birlikdə hazırlanmış lecanemab dərmanı və amerikalı Lillydən olan donanemab, beyni zəhərli amiloid zülalından təmizləməyə kömək etdiyi üçün Alzheimer xəstəliyinə qarşı “inqilabçı” dərmanlar adlanır.

Bununla belə, Böyük Britaniyanın Alzheimer’s Research-in siyasət rəhbəri Devid Tomas iddia edir ki, lekanemab və donanemab orta səviyyədə effektivliyə malikdir, çox ciddi yan təsirlərə malikdir – dərmanlar beyni kiçildir və qanaxmaya səbəb ola bilər.

Bu arada dərmanların Britaniyada satış və istifadə üçün gələn həftənin əvvəlində təsdiqlənməsi təklif edilir.

Bundan əvvəl tədqiqatçılar beyni zəhərli zülallardan qoruyan xüsusi peptid müəyyən ediblər.

Mənbə: mail.ru

Aynur Camal