“Ambulansın vurulması yalandır” – Müdafiə Nazirliyibackend

“Bəzi erməni kütləvi informasiya vasitələrində Azərbaycan Ordusunun bölmələri tərəfindən açılan atəş nəticəsində Qapan rayonu ərazisində guya təcili tibbi yardım maşınının vurulması ilə bağlı yayılan məlumat tamamilə yalandır və qarşı tərəfin təxribat xarakterli növbəti dezinformasiyasıdır”.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin açıqlamasında bildirilir.

“Bir daha bildiririk ki, Azərbaycan Ordusunun bölmələri tərəfindən görülən əks tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin atəş nöqtəsi olan legitim hərbi hədəflərinə qarşı yönəlib” – MN-in açıqlamasında qeyd olunur.