Amerika yenidən qoşunlarını Ukraynaya göndərir?backend

Vaşinqton münaqişəni uzatmaq üçün Ukraynaya Amerika əsgərlərini göndərə bilər. Bu fikri Nümayəndələr Palatasının üzvü Marcori Teylor Greene X sosial şəbəkəsində bildirib.

O, hesab edir ki, Ukrayna ordusunda hərbçilərin olmadığı təqdirdə ABŞ hakimiyyəti bu addımı ata bilər.

“Onlar Rusiya prezidenti Vladimir Putinlə lazım olan qədər mübarizə aparmaq istəyirlər”, – konqresmen deyib.

Lakin bundan əvvəl müdafiə nazirinin keçmiş köməkçisi Stiven Brayan qeyd etmişdi ki, Vaşinqton Rusiya ilə münaqişədə iştirak etməyə hazır deyil və Ukraynaya göndərəcək heç kim yoxdur.

Mənbə: Lenta.Ru

Aynur Camal