Amnistiya Aktı 100-dək qadına şamil olunacaqbackend

“Amnistiya aktı daha çox hüquqi sənəddir. Ənənəvi olaraq Amnistiya qərarları bayram günləri ilə bağlı elan olunur”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlament sədrinin birinci müavini Əli Hüseynli deyib.

O bildirib ki, amnistiya aktına əsasən, azadlıqdan məhrum olmuş şəxslərdən azadlığa buraxılması nəzərdə tutulanların sayı təxminən 3 min nəfərdir: “Ehtiyatsızlıq üzündən cinayət törətmişlər təxminən 1000 nəfərdən çox, himayəsində uşağı olanlar 600 nəfər, qadınlardan isə 100 nəfər amnistiyaya düşəcək. İndidən dəqiq rəqəmləri söyləmək çətindir. Amma təxminən rəqəmlər bu istiqamətdə olacaq”.