İsrailin Qəzzaya amansız hücumları davam edir.
Qəzzada rayonun cənubuna gedərək qaçmağa çalışan hamilə ana və qızları qaça bilməyib. Hücum nəticəsində ana və qızları həyatını itirib, ana bətnində olan körpə isə dünyaya gəlməmiş dünyasını dəyişib.
Hadisə şahidi Nihad əl-Lahvani mediyaya bildirib ki, Ureyc əl-Banna və hücumda ölən iki 10 yaşlı qız uşağı dəfn edilib.
“Onlar bombardman zamanı yatırdılar və bu, onların son yuxusu idi”.
Xəbər mənbəyi: Anadolu Agentliyi
Aynur Camal