Fələstinli Ümmü Məhəmməd İsrailin Qəzza zolağına etdiyi hücumlarda bir gün fərqlə iki oğlunu itirməyin acısından əziyyət çəkir. Mühasirədə olan Qəzza zolağının mərkəzi hissələrində yerləşən Bureyc Qaçqınlar Düşərgəsinə hücum zamanı İsrail hərbçiləri tərəfindən öldürülən 18 yaşlı Həmzənin anası Ümmü Məhəmmədin yalvarışları ürəkağrıdıcı olub.
Əqsa Şəhidləri Xəstəxanasında oğlunun cənazəsini qucaqlayan Ümmü Məhəmməd, “Oğlum dünən mənə dedi ki, üşüyür. Onun bu gün şəhid olacağını gözləmirdim. Bilsəydim, ona qış yorğanı gətirərdim. Oğlum üşüyür” deyən ana göz yaşlarına boğuldu.
Oğlu Həmzənin bədənini isitmək istəyən, kəfənli bədənini yorğanla örtən kədərli ana soruşdu: – Üşüsən, oğul? Onun sualı görənləri narahat edib.
İki gün ərzində ikinci oğlunu itirərək kədərlənən Ümmü Məhəmməd, “Dünən qardaşın Məhəmmədi öz əllərimlə dəfn etdim, bu gün də səni dəfn edəcəyəm. Sənin üçün yaşayırdım, ana” deyib. O, oğlunu bu sözlərlə yola salıb.
Kədərli fələstinli ana yalnız oğlu İbrahimin sağ qaldığını və onun da hücumlarda həlak olacağından qorxduğunu bildirib.
Mənbə: TrtHaber
Aynur Camal