“Anam içib, gecələr məni körpəmlə küçəyə atırdı” – VİDEObackend

Aktrisa Sonaxanım Əliyeva bir vaxtlar anasının ona etdiyi zülmdən danışıb.

Yeni Gundem” oxu.az-a istinadən xəbər verir ki, “Təsir dairəsi” verilişində iştirak edən Sonaxanım anasının daim içki qəbul etdiyini və onu azyaşlı körpəsi ilə küçələrə atdığını etiraf edib:

“Çox şeyləri burada demək istəmirəm. Körpəmin 5 yaşı var idi. Anam içki içəndə özünü itirirdi. Evdə dava-dalaş salırdı. Gecə vaxtı məni evdən qovdu. Avtomobilim var idi. Payız ayları idi. Bizi evdən çıxartdı. Mən Nərgizi arxa oturacaqda uzatdım, yatdı”.

Xatırladaq ki, aktrisanın anası Mina bu ilin yanvarında vəfat edib.