Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yenidən məhkəməlik olub.
32gun.az xəbər verir ki, ƏHMƏDOV İLKİN MAHİYƏDDİN OĞLU adlı vətəndaş bu dəfə Gəncə İnzibati Məhkəməsinə müraciət edib.
Hakim Emin Axundovun icraatında olan məhkəmə işinin mahiyyəti İnzibati orqanların aktları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələr – digər məsələlərdir.
Qeyd edək ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi artıq neçənci dəfədir bu və digər səbəblərdən məhkəməlik olub.
Xatırladaq ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovdur.