Animasiya studiyasını yandırana ölüm hökmü çıxarıldıbackend

2019-cu ildə Yaponiyada animasiya studiyasını yandıran və onlarla insanın ölümünə səbəb olan Şinji Aoba edam cəzasına məhkum edilib. Yaponiyanın Kyoto şəhərindəki Kyoto Animation Studio (KyoAni) 18 iyul 2019-cu ildə yandırılıb. 36 nəfərin öldüyü, 32 nəfərin yaralandığı iş üzrə hökm elan edilib.

Bu gün Kyoto Rayon Məhkəməsində keçirilən iclasda qətl və yandırmada təqsirləndirilən 45 yaşlı Şinji Aoba barəsində ölüm hökmü çıxarılıb.

Aobanın cinayətini “qəddar və qeyri-insani” kimi qiymətləndirən sədrlik edən hakim Keysuke Masuda 36 nəfərin ölümünün son dərəcə ağır və faciəli olduğunu vurğulayıb. Hadisədə həyatını itirənlərin yaxınlarının ağrılarının sözlə ifadə edilə bilməyəcəyini bildirən Məsudə cinayət törədilən zaman müttəhimin psixi cəhətdən qeyri-sabit olduğu qənaətinə gəlindiyini bildirib. Məsuda bildirib ki, bu səbəbdən müttəhim Aobanın cinayət məsuliyyətinə cəlb edilməsinə qərar verilib.

Kyoto Animasiya Studiyasında benzin tökərək yanğın törədən Aoba 36 nəfərin ölümünə, 32 nəfərin isə ağır yaralanmasına səbəb olub. Öz bədənindən ağır yanıqlar alan Aoba studiyanın ona məxsus romandan icazəsiz istifadə etdiyini əsas gətirərək hərəkətə keçdiyini bildirib.

Prokurorlar Aobanın hərəkəti şüurlu şəkildə törətdiyini, Aobanın vəkili isə uzun müddətdir psixoloji problemlərdən əziyyət çəkən müvəkkilinin əqli cəhətdən qeyri-sabit olduğunu və etdiyi hərəkətə görə məsuliyyət daşıya bilməyəcəyini əsas gətirərək ölüm cəzası istəyib. Prosesdə məhkəmə təqsirləndirilən şəxsin cinayət məsuliyyətinin olub-olmamasına diqqət çəkib. Aobanın yandırma hücumu müasir Yaponiya tarixində ən ölümcül fərdi hücumlardan biri kimi qeydə alınıb.

Mənbə: TGRT

Aynur Camal