Ankaraya iki önəmli səfər olacaqbackend

Rusiya lideri Putin və İran prezidenti İbrahim Rəisi Ankaraya səfər edəcəklər.

Görüş zamanı “Qara dəniz taxıl dəhlizi təşəbbüsü”nün də gündəmdə olacağı gözlənilir.

İtaliyanın baş naziri Giorgia Meloni səfərindən sonra Ankara daha iki mühüm qonağı qəbul edəcək.

Rəisinin yanvarın 24-də Türkiyəyə gəlməsi planlaşdırılan səfəri İranın Kirman şəhərindəki bombalı hücuma görə təxirə salınmışdı. Rəisinin Ankarada prezident Ərdoğanla görüşəcəyi gözlənilir.

 Rəisi Ankarada keçirilməsi planlaşdırılan Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasında iştirak edəcək. İclasda mədəniyyət, elm, media, nəqliyyat, ticarət və iqtisadiyyat kimi sahələrdə 10-a yaxın sazişin imzalanacağı gözlənilir.

Rəisidən sonra Rusiya lideri Putinin Türkiyəyə səfəri gözlənilir. Rusiya mətbuatının məlumatına görə, Putin fevralın 12-də prezident Ərdoğanla görüşəcək. İkitərəfli, regional və qlobal hadisələrin müzakirə ediləcəyi Ərdoğan-Putin sammitində; Rusiya-Ukrayna müharibəsi, İsrailin Qəzzaya hücumları, Qırmızı dənizdəki hadisələrin gündəmdə olması gözlənilir.

Mənbə: hurriyyət.tr

Aynur Camal