Mədəniyyət və Turizm naziri Mehmet Ersoy Antalyanın BelekTurizm Bölgəsindəki Nest Konqres Mərkəzində keçirilən “13-cü Beynəlxalq Kurort Turizmi Konqresi”nin açılışında çıxış edib. Turizmdə daha bir ili başa vurduqlarını bildirərək, turizm rəqəmlərini bu şəkildə qeyd edib:
“2023-cü il Yanvar-oktyabr aylarında qəbul etdiyimiz ümumi ziyarətçi sayı 50,2 milyon nəfəri ötüb. Türkiyəni tətil istiqamətiseçən xarici turistlərin sayı bu 10 ay ərzində, əvvəlki ilin eynidövrünə nisbətən 11,58 faiz artım göstərib. Turizm gəlirləribaxımından isə, 2023 Yanvar-Sentyabr müddətində 42 milyarddollar gəlir əldə edilib. Keçən ilin eyni müddətində əldə edilmiş35 milyard dollarlıq gəlir ilə müqayisədə, 20 faizlik bir artımmüşahidə olunur.”
Türkiyənin turizmdə dünyanın super liqasında olduğuna diqqətçəkən nazir Ersoy, 2028-ci ildə hədəflərinin çox daha yüksəkolduğunu, turizm-sənaye həmkarlarının dəstəyi ilə hədəflərinənail olacaqlarını bildirdi.
TGA ilə 200 ölkədə tanıtım işi
Nazir Mehmet Ersoy Türkiyənin geosiyasi mövqeyinə görəkeçmişdə olduğu kimi bu gün də böhranlar, regional münaqişələr, müharibələr, təbii fəlakətlər və qlobal problemlərləüzləşdiyini bildirib.
Qlobal və regional böhranlara qarşı toxunulmazlığı artırmaq, keyfiyyətli turistləri Türkiyəyə cəlb etmək və turizm gəlirihədəflərini yüksəltmək məqsədi ilə 2019-cu ildə Türkiyə TurizmTəbliğ və İnkişaf Agentliyini (TGA) qurduğunu xatırladan nazirErsoy, TGA’nın böhran dövrlərində tanıtım fəaliyyətlərinə qədərbir çox uğurlu layihəyə imza atdığı bildirdi.
Mehmet Ersoy, TGA ilə 33 ölkənin milli kanallarında intensivtanıtımlar etdiklərini və təxminən 200 ölkədə rəqəmsal tanıtımfəaliyyətləri həyata keçirdiklərini bildirib. Rəsmi turizmplatforması olan “GoTürkiye” internet saytının 10 fərqli dildəyayımlandığını bildirən nazir Ersoy, bu platformanın tarix, sağlamlıq, təbiət, inanc, velosiped, qolf turizmi, qastronomiyakimi 60-a yaxın mövzuda müxtəlif başlıqları olduğunu qeydetdi.
Dünyanın hər yerindən mətbuat mənsublarının, influencer vəturoperatorların Türkiyəyə qonaq etdiklərini xatırladan nazirErsoy sözlərini belə davam etdirdi:
“20 noyabr tarixində verilən məlumata əsasən, ilinbaşlanğıcından etibarən 85 müxtəlif ölkədən 3140 mətbuatmənsubu və influencer, 3117 tur operatoru olmaqla, ümumilikdə6257 nəfər Türkiyənin 73 şəhərində keçirilən 424 ayrıqonaqpərvərlik tədbirində iştirak edib. Bu müddət ərzində yalnızAntalyada 75 fərqli ölkədən təxminən 1680 nəfər qonaq olub”. Səslənişin davamında il sonunadək tanıtım işlərini davametdirəcəklərini və 81 şəhərin hər birinin bu qonaqpərvərlikfəaliyyətlərinə daxil ediləcəyini də vurğuladı.
Mədəniyyət Yolu Festivalı 2028-ci ildə 35 şəhərə çatacaq
Nazir Ersoy turizmdə məhsul müxtəlifliyinə önəm verdiklərinivə xüsusilə mədəniyyət turizmi sahəsində mühüm işlərgördüklərini bildirib.
2021-ci ildə İstanbulun Beyoğlunda başladılan Mədəniyyət YoluFestivalı layihəsini daha geniş kütlələrə yaydıqlarını bildirənnazir Ersoy, bu il “Cümhuriyyətin 100-cü ilində 100 gündə 11 festival” şüarı ilə yola düşdüklərini və Türkiyə Kültür YoluFestivalları çərçivəsində 11 bölgədə 400-ə yaxın məkanda 5 mindən çox tədbir keçirdiklərini qeyd etdi.
Hər il 5 şəhəri bu zəncirə daxil etməklə festivalların təsirsahəsini daha da genişləndirəcəklərini ifadə edən nazir Ersoy, 2028-ci ildə 35 şəhərdə Türkiyə Kültür Yolu Festivalı keçirməyihədəflədiklərini bildirdi. Eyni zamanda qastronomiyanınturizmin ən əhəmiyyətli məhsul başlıqlarından biri olduğunadiqqət çəkərək, şəhərlərə “gastrocity” adını qazandırmaq üçünçox çalışdıqlarını ifadə etdi.
İstanbulun 2022-ci ildə Michelin Bələdçisinə daxil edildiyinixatırladan nazir Ersoy, 2023-cü il Michelin Bələdçisinin Türkiyəseçiminə İzmir və Bodrumu, 111 restoranın isə 2024 seçiminədaxil edildiyini qeyd etdi. Ersoy yaxın illərdə Antalyanın da busırada yerini alacağına inandığını bildirdi.