Apple-dən emojilərin dəyişdirilməsi istənilidibackend

On yaşlı britaniyalı Apple-dan emojilərin dəyişdirilməsini tələb edib.

Oksfordşirdən olan on yaşlı Teddi Kottl Apple-ı insanların hər gün mesajlaşma proqramlarında istifadə etdiyi “təhqiredici” emojiləri dəyişdirməyə çağırmaq üçün petisiyaya başlayıb. Bu barədə Daily Mail yazıb. Teddy deyir ki, Apple onun ideyasını qəbul etsəydi, bu “möcüzə” olardı. İndiyədək iki mindən çox insan petisiyanı imzalayıb.

Teddinin sözlərinə görə, ön dişlərinin çıxan “Nerd” emojisi həmçinin eynək taxan emoji də onda yanlış təəssürat yaradır.

Teddi öz təklifini irəli sürərək yenilənmiş emojinin necə görünməli olduğunu çəkib. Oğlan dişli təbəssümü mehriban təbəssümlə, eynəklərin qalın çərçivələrini nazik olanlarla, istehzalı “Nerd” adını isə – “Dahi” ilə əvəz etməyi təklif edib. O, həmçinin müvafiq petisiya başladıb və özü eynək taxdığı üçün onun taleyindən çox narahatdır.

“Bu, məni kədərləndirir və əgər mən bunu təhqiramiz hesab edirəmsə, o zaman dünyada minlərlə insan da bunu təhqiredici hesab edəcək” deyib.

Mənbə: mail.ru

Aynur Camal