“Aqroservis” bu il ölkədə “AgroUber” platformasında mexanizatorların qeydiyyatına başlayıb – MÜSAHİBƏbackend

Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti media nümayəndələrini yeni intensiv meyvə bağlarında istifadə olunan müasir texnikalar və bu il biçinə çıxarılmış yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış edib.

“Aqroservis” bu il ölkədə ilk dəfə təqdim etdiyi “AgroUber” platformasında mexanizatorların qeydiyyatına başlayıb və Səhmdar Cəmiyyətin 380 mexanizatoru artıq qeydiyyatdan keçib.

Ölkənin 42 rayonunda fəaliyyət göstərən bölmələri və 9 regional nümayəndəliyi vasitəsilə “Aqroservis” fermerlərin kənd təsərrüfatı texnikasına olan tələblərini ödəyir, aqrotexniki qulluq təqdim edir, səyyar gübrə və pestisid satışları həyata keçirir.

Kütləvi informasiya vasitələri üçün Quba və Qusar rayonlarına təşkil edilmiş səfərdə “Aqroservis” və “Prior Leasing” açıq səhmdar cəmiyyətinin bu il fermerlərə təqdim etdikləri ən müasir texnikalar nümayiş edilib.

Kənd təsərrüfatı texnikaları üzrə satış mütəxəssisi Kamal Abdullazadə “Yeni Gündəm”in müxbirinin suallarını cavablandırıb və eyni zamanda texnikalar haqqında məlumat verib.

Kənan bəy ,Texnika haqqında məlumat verə bilərsiniz? 

-Qarşısında dayandığımız texnika Langini reg 85F modelidir. Langini, italiya traktorudur.Ölkəmizə 2019-cu ildən daxil olur.

Bu texnikaların əsas təyinatı, bağ və yaxud şum təyinatlıdır. Təqdimatını etdiyimiz texnika, bağ təyinatlı olan traktor tipinə aiddir.

Burada əsasən, intensiv bağlar üçün nəzərdə tutulmuşdur və bu texnikaların mühərrik dövrlərinin sayı istifadəsindən asılı olaraq 540000 dövr arasında dəyişir  .
En olaraq 1 metr 45 smdır kandisioner və qızdırıcıdan təşkil olunmuşdur. 16 irəli 16 geri mexanizmindən təchiz olunmuş, mühərrik dövrlərinin sayı isə 2800  dövr /dəqiqədir.

Bundan əlavə, texnikanın arxasında olan aerqat virat 230 texnikasıdır .Virat 230 əsasən bağ ərazisində torpaqda olan yabanı otları, şaquli bıçaqlar vasitəsilə xırdalıyaraq torpağa qarışmasında istifadə edilir.

Hal-Hazırda ərazidə neçə ədəd texnika mövcuddur?

Hazırda sahələrdə şirkətimiz tərəfindən işləyən Langini Reg 85 F və Solis 75 NT markalı traktorlarımız var .Say olaraq isə  4 ədəddir.

Sonda media nümayəndələrinə Pinochio 250/5 riperinin də fəaliyyəti də nümayiş etdirilib.

Bildirilib ki, bu riperin ənənəvi kotandan əsas üstünlükləri ondan ibarətdir ki, onun istifadəsi zamanı dərində kipləşmiş torpaq qatları partladılır və bitkinin kök ifrastrukturu düzgün inkişaf edir. Kipləşmiş torpaq qatlarının partladılması suvarma zamanı torpağın dərin qatlarına suyun daxil olmasını təmin etməklə, vegetasiya dövrü ərizində bitkinin kök strukturunda nəmliyi qoruyub saxlayır.

Qeyd olunan proses əlavə su sərfiyyatının da qarşısını alır. Riperlə şum zamanı torpaq  çevrilmədən şumlanır, bu da öz növbəsində torpağın münbit qatında olan mikro və makro elementlərdən bitkinin faydalanmasına səbəb olur və torpağın nəmliyini daha uzun müddət saxlayır.
Əlavə olaraq, aqreqatın arxasında yerləşdirilmiş bir-birinin əksinə işləyən dişli mərdanələr vasitəsilə, torpaq kəltənləri xırdalanır və torpağın relyefi düzəlir. Bu isə fermerlərə imkan verir ki, bir əməliyyatla həm şum aparılmasını, həm də və diskləmə prosesini həyata keçirərək, toxum səpininə başlasınlar.

Media nümayəndələri daha sonra biçindən sonrakı ilkin şumu izləyiblər.