AQSAS – Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyası – Zərifə Əliyevanın 100 illiyi ilə bağlı tədbir keçirdi – FOTOLARbackend

Aprelin 26 da Azərbaycan Qadın Sahibkarlarının Assosiasiyasının (AQSAS) sədri Vəfa Əfəndiyevanın təşkilatçılığı, “Azman Holding”in təsisçisi Azər Əsgərovun xüsusi dəstəyi ilə görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 100 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

AQSAS-dan “Yeni Gundem”-ə verilən məlumata görə, tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, millət vəkilləri Kamilə Əliyeva, Sevinc Hüseynova, professor Paşa Qəlbinur, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, “Azman Holding”in nümayəndəsi İlahə Abdullayeva, KOBİA, DSMF və digər dövlət qurumlarının rəhbər şəxsləri, tanınmış ictimaiyyət nümayəndələri, media təmsilçiləri və digər qonaqlar iştirak ediblər. Xatirə gecəsində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, həmçinin Akademik Zərifə Əliyevanın və şəhidlərimizin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçılarına görkəmli alimin həyat və fəaliyyətini əks etdirən “Xatirələrlə yaşayan ömür” adlı videoçarx nümayiş olunub. kademik Zərifə xanım Əliyevanın Azərbaycan oftalmologiya elmini dünya təbabətində beynəlxalq oftalmologiya elmi mühiti səviyyəsinə qaldırması, elmi-pedaqoji fəaliyyəti, çox şaxəli elmi-tədqiqat işləri, yüksək ixtisaslı gənc alim kadrları yetişdirməsi, xalqının tərəqqisi və maariflənməsinə əvəzsiz töhfələr verməsindən bəhs edib.
Millət vəkili Sevinc Hüseynova da Zərifə xanım Əliyevanın mənalı və zəngin həyat yolundan nümunələr gətirərək onun Azərbaycan cəmiyyətinə verdiyi töhfələrdən söz açıb. O, qayğıkeş həkim Zərifə xanım Əliyevanın həyat yolunun həqiqi mənada nümunə göstərilə biləcək qədər mənalı, zəngin olduğunu vurğulayıb.
Həmçinin çıxış edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Zərifə xanım Əliyevanın 100 illik yubileyinin ölkəmizdə geniş qeyd edildiyini bildirib: “Zərifə xanımın timsalında biz qadının zərifliyi ilə qüdrətinin birləşməsinin, Azərbaycan qadınlarının ən yaxşı keyfiyyətlərinin unikal vəhdətini görürük. O, həm də xalqımızın milli-mənəvi dəyərlərinin zənginləşməsinə özünün əvəzsiz töhfələrini verib”.
“Azman Holding”in nümaynədəsi İlahə Abdullayeva isə çıxışında təmsil etdiyi şirkətin hər zaman bu kimi tədbirlərə dəstək verdiyini və bundan məmnunluq duyduqlarını qeyd edib.
Sahibkar Qadınlar Birliyinin sədri Zemfira Ağayeva və AQSAS-ın sədr müavini İlhamə Şirinovanın çıxışından sonra tədbir bədii proqram və furşetlə davam edib.
Bədii hissə əməkdar artist Zaur Əmiraslanov, əməkdar artist, pianoçu Elman Əzimov, Elnarə Xəlilova, Samir Piriyev və digər sənətçilər çıxış ediblər.