Araşdırmanın nəticələri açıqlandı: bunu edə bilməyənlər daha tez ölürbackend

İngiltərədə aparılan bir araşdırmaya görə, “Flaminqo” testini keçə bilməyənlər erkən ölürlər.

“Yeni Gundem”xəbər verir ki, “Flaminqo” testi 10 saniyə ərzində bir ayaq üzərində tarazlığı qoruyaraq dayanmaqdır.

Nəticələrə görə, bunu bacarmayanlar daha erkən ölürlər.

Ürək xəstəlikləri və infarkt riski

Mütəxəssislər bildirirlər ki, bu şəxslərin infarkt, insult, şəkərli diabet və təzyiq kimi xəstəliklərə tutulma riski yüksəkdir.

Sınaqdan keçə bilməyənlər nə etməli?

Alimlər testdən keçə bilməyən insanların nə etməli olduqları barədə də məlumat veriblər. Sınaqdan keçməyənlərə daha çox tarazlıq işləri görmələri, çoxlu gəzintilər etmələri tövsiyə olunub.